BDU-nun Kimya fakültəsinin tələbələri Hərbi Memorial Məzarlığı ziyarət ediblər

28/10/2026

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş yürüş keçirilib. Tələbələr Hərbi Memorial Məzarlığı ziyarət edərək Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini yad ediblər.

Yürüşün məqsədi şəhidlərin xatirəsinə ehtiram göstərmək, onların qəhrəmanlıq və fədakarlıq nümunələrini gənc nəslə çatdırmaq, tələbələr arasında vətənpərvərlik ruhunu və milli-mənəvi dəyərlərə bağlılığı gücləndirmək olub.

Ziyarət zamanı 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin Azərbaycan xalqının birliyinin, Azərbaycan Ordusunun gücünün və hərbi qulluqçuların qəhrəmanlığının təzahürü olduğu vurğulanıb. Bildirilib ki, Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin yaşadılması və gələcək nəsillərə çatdırılması mühüm mənəvi məsuliyyətdir.

 

Xəbərlər

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-nun professoru Adilə Abbasova vəfat edib

BDU-nun professoru Adilə Abbasova vəfat edib
29/10/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar
29/10/2026