BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi “Aşıq Şəmşir” Mədəniyyət ocağı ilə birgə onlayn tədbir keçirib

15/06/2020

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsi “Aşıq Şəmşir” Mədəniyyət ocağı İctimai Birliyi ilə birgə 15 iyun - Milli Qurtuluş Gününə həsr edilmiş onlayn tədbir keçirib. Müəllim və tələbələrin iştirakı ilə baş tutan onlayn tədbir İctimai Birliyin sədr müavini Həbib Misirovun rəhbərliyi ilə hazırlanmış Milli Qurtuluş Gününə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.

Tədbirin moderatoru BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti, “Aşıq Şəmşir” Mədəniyyət ocağı İctimai Birliyi İdarə Heyətinin üzvü Ələmdar Cabbarlı iştirakçıları İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun adından salamlayaraq Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin ölkəmizin inkişafındakı müstəsna xidmətlərindən, habelə müstəqil dövlətimizə beynəlxalq səviyyədə verilən bugünkü qiymətdən danışıb.

Daha sonra BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan “Aşıq Şəmşirin poeziyasında Heydər Əliyev obrazı” adlı məruzə ilə çıxış edib. Ümummilli Liderin hakimiyyətdə olduğu dövrdə elmə, təhsilə, mədəniyyət və incəsənətə göstərdiyi böyük qayğıdan bəhs edən natiq bildirib ki, Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoyub, onun siyasəti nəticəsində mədəniyyətimiz, maddi dəyərlərimiz beynəlxalq aləmdə tanınıb. XX əsr Azərbaycan ədəbiyyatının və aşıq sənətinin görkəmli nümayəndəsi Dədə Şəmşir Ulu Öndər Heydər Əliyevin ölkədə apardığı quruculuq işlərini yüksək qiymətləndirərək dahi liderə silsilə şeirlər həsr edib, əsərlərində xalqımızın böyük oğlunun obrazını yaradıb.

Azərbaycanın sürətli inkişaf dövrünün Milli Qurtuluş Günü ilə başladığını vurğulayan Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi Ləman Əyyubova “Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti” adlı təqdimatla çıxış edərək həmin siyasətin bu gün Prezident cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Böyük marağa səbəb olan onlayn tədbir sualların cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar
07/05/2024

BDU-da bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

BDU-da bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır
07/05/2024

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar
07/05/2024