BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində əcnəbi doktorantın elmi seminarı keçirilib

29/10/2021

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə fakültənin əcnəbi doktorantı, Əlcəzair Xalq Demokratik Respublikasının vətəndaşı Lemounes Nour El Houda Djoumananın elmi seminarı keçirilib.

Elmi seminarı giriş sözü ilə açan BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov bildirib ki, hazırda Universitetin beynəlxalq əlaqələri daha da genişlənir, əcnəbi müəllim və tələbələr Universitetdə elmi-tədqiqat işlərinin məzmununun yenilənməsinə öz töhfələrini verirlər. O, bugünkü seminarın mövzusunun xüsusi aktuallıq kəsb etdiyini vurğulayaraq bildirib ki, məruzəçi Lemounes Nour El Houda Djoumana Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi” haqqında 2018-ci il 10 yanvar tarixli Sərəncamına uyğun olaraq BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinə qəbul olunub.

Elmi seminarda “Azərbaycan kitabxanaları: tarixdən bu günə” mövzusunda məruzə ilə çıxış edən doktorant  Lemounes Nour El Houda Djoumana məruzəsini əsasən ingilisdilli mənbələr əsasında hazırladığını diqqətə çatdırıb. Məruzədə Azərbaycanda kitabxanaçılıq sənətinin tarixi, ilk kitabxanalar, məscid, mədrəsə və saray kitabxanaları barədə məlumatlar verilib. Tədqiqatda Bəhmənyar kitabxanası, Xətib Təbrizinin kitabxanası, Rəşidiyyə kitabxanası, Nəsirəddin Tusi tərəfindən təşkil edilən zəngin kitabxana barədə də müfəssəl məlumatlar yer alıb. Orta əsrlərdən başlayaraq kitabxanaların sayının artdığını bildirən tədqiqatçı Şirvanşahlar, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər dövlətlərinin saray kitabxanalarından da bəhs edib. Tədqiqatçı XX əsrdə Azərbaycanda kitabxana işinin inkişaf etdiyini,  bu sahə üzrə kadr hazırlığında Bakı Dövlət Universitetinin rolunu xüsusi vurğulayıb.

Müstəqilliyin bərpasından sonra Azərbaycanda kitabxana işinin dövlətin xüsusi himayəsində olduğunu bildirən əcnəbi doktorant qeyd edib ki, Azərbaycan xalqının ümummili lideri Heydər Əliyev kitabxanaları müqəddəs yer, mənəviyyat, bilik, zəka mənbəyi adlandırıb.

Məruzədə 30 il ərzində erməni işğalında qalan Qarabağda talan edilmiş kitabxanalardan da bəhs edilib. Qeyd olunub ki, həmin ərazilərdə ümumilikdə 4.6 milyon kitab fonduna malik 927 kitabxana yandırılıb. Azad edilmiş ərazilərə - Füzuli və Cəbrayıl rayonlarına, tarixi Xudafərin körpüsünün ərazisinə səfər etdiyini diqqətə çatdıran əcnəbi doktorant qeyd edib ki, o erməni vandalizminin ağır nəticələrini öz gözləri ilə görüb. Eyni zamanda Qarabağda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan böyük quruculuq işlərinin şahidi olduğunu vurğulayan tədqiqatçı əmin olduğunu bildirib ki, ən yaxın zamanda həmin ərazilərdə talan edilmiş kitabxanalar da bərpa olunacaqdır.

Əcnəbi doktorantın məruzəsi böyük maraqla dinlənilib. Məruzəçiyə çoxsaylı suallar ünvanlanıb, məruzə ətrafında geniş müzakirələr aparılıb. Professorlar Mais Süleymanov, Xəlil İsmayılov, dekan müavini Zahidə Rzayeva, kafedra müdirləri Elçin Əhmədov, Knyaz Aslan, Nadir İsmayılov, dosentlər Pərviz Kazimi, Rəşad Qardaşov və başqaları mövzu ilə bağlı fikirlərini bildiriblər.


 

Xəbərlər

BDU ilk dəfə “GreenMetric Ranking 2024”də yer alıb

BDU ilk dəfə “GreenMetric Ranking 2024”də yer alıb
13/12/2024

BDU-da elektron biblioqrafik resursların təsnifatı araşdırılıb

BDU-da elektron biblioqrafik resursların təsnifatı araşdırılıb
13/12/2024

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Yeniyetmələrin XXI Beynəlxalq Elm Olimpiadasının bürünc mükafatçısıdır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Yeniyetmələrin XXI Beynəlxalq Elm Olimpiadasının bürünc mükafatçısıdır
13/12/2024