BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində elmlər doktorluğu üzrə dissertasiya işinin ilkin müzakirəsi keçirilib

28/09/2021

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində Kitabxanaşünaslıq kafedrasının dosenti, doktorant Kazimi Pərviz Firudin oğlunun    “Türkdilli dövlətlərin kitab və kitabxana mədəniyyəti (1991-2011-ci illər)” mövzusunda  elmlər doktorluğu üzrə dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Dissertasiya işində ilk dəfə olaraq türkdilli xalqların kitab və kitabxana mədəniyyəti vahid platformada tədqiqata cəlb edilib, problemin həm tarixi, həm də müasir mənzərəsi verilib. Tədqiqat işində türk xalqlarının kitab və kitabxana mədəniyyətinin tarixi inteqrasiya problemləri, milli dəyərlər sistemində kitab və kitabxanaların rolu və müasir dövrdə əməkdaşlıq məsələləri öyrənilir və təhlil olunur.

Dissertasiyanın nəticə hissəsində mövzunun cəmiyyətə təsir mexanizminə aydınlıq gətirilmiş, türkdilli xalqlarının kitab və kitabxana mədəniyyətinin öyənilməsi sahəsində dünya təcrübəsinin elmi ümumiləşdirilməsi aparılmış, eyni zamanda tədqiqatın elmi, nəzəri və təcrübi yekunu ifadə olunmuşdur.

Dissertasiya kitabxanaçılıq və türkologiya sahələri üzrə mütəxəssislər üçün məzmunlu və əhatəli biblioqrafik mənbədir.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir
07/08/2026

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”

BDU-da yeni ixtisas: “Regionşünaslıq (Afrika üzrə)”
06/08/2026

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb

BDU-da abituriyentlər üçün “Açıq qapı” günləri başa çatıb
06/08/2026