BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində Zəfər Gününə həsr olunmuş elmi seminar keçirilib

06/11/2021

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində professor-müəllim heyətinin, gənc tədqiqatçıların və qonaqların iştirakı ilə 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Azərbaycan nəşriyyatlarının Vətən müharibəsi mövzusunda kitab repertuarı” mövzusunda elmi seminar keçirilib. Əvvəlcə dövlət himni səsləndirilib, tarixi zəfərlə başa çatan Vətən Müharibəsində şəhid olan soydaşlarımızın unudulmaz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Giriş sözü ilə çıxış edən BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov bildirib ki, bu günlər xalqımızın çoxəsrlik tarixinin ən əlamətdar hadisəsinin -  8 noyabr – Zəfər Gününün yüksək mənəvi əhval-ruhiyyəsi ilə yaşayırıq. Ötən ilin 27 sentyabrından Müzəfər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə başlayan və tarixi zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi Ulu Öndərimiiz Heydər Əliyevin banisi və qurucusu olduğu müstəqil Azərbaycan dövlətini daha da qüdrətləndirdi. O, vurğulayıb ki, müharibə və postmüharibə dövründə baş verən proseslər, eləcə də dövlətimizin bu sahədəki siyasəti, Qarabağın tarixi, mədəniyyəti, elm, təhsil mühiti elmi araşdırmaların, tədqiqat işlərinin mövzusu olmalı, bu barədə alimlərin fikir və qənaətləri ictimaiyyətə təqdim olunmalıdır. Mais Süleymanov bu mənada bugünkü seminarın mövzusunun aktuallıq kəsb etdiyini diqqətə çatdırıb.

Elmi seminarda “Azərbaycan nəşriyyatlarının Vətən müharibəsi mövzusunda kitab repertuarı” məruzəsi ilə çıxış edən Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Leyla Abasova bildirib ki, tarixi qələbədən keçən bir il ərzində ölkənin aparıcı nəşriyyatları Vətən müharibəsi mövzusunda onlarla yeni kitab çap edərək ictimaiyyətə təqdim ediblər. Məruzədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xarici və yerli media qururluşlarına müsahibələri, beynəlxalq və yerli tədbirlərdə çıxışları, müharibəyə qədər və müharibə dövründəki açıqlama və bəyanatları, sosial şəbəkələrdə paylaşdığı məlumatların mətnlərini özündə əks etdirən nəşrlər, Vətən müharibəsi şəhidlərinə həsr olunmuş əsərlər, bu mövzudakı elmi nəşrlər, incəsənətə dair ədəbiyyat, bədii ədəbiyyat nümunələrinin yer aldığı kitab və toplular, statistik nəşrlər, soraq-məlumat ədəbiyyatı geniş şəkildə analiz edilib, bir sıra müqayisəli təhlillər aparılıb.

Bu sahədə Bakı Dövlət Universitetinin rolunu xüsusi vurğulayan tədqiqatçı bildirib ki, Universitetdə bu istiqamətdə üç fundamental nəşr çap edilərək oxuculara təqdim olunub. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri”,  “Vətən müharibəsi yerli və xarici mediada” və “Vətən müharibəsi dövründə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları” adlı kitabların yüksək poliqrafik keyfiyyətlə çap edildiyini bildirən məruzəçi bu nəşrlərin gələcək  tədqiqatçılar üçün etibarlı, dəqiq faktlar əsasında yazılmış mənbə rolunu oynayacağını diqqətə çatdırıb.

Məruzədə həmçinin bir il ərzində ölkə nəşriyatlarının bu mövzuda çap etdiyi kitablar ad və tiraj göstəriciləri üzrə diaqram şəklində təqdim olunub, nəşrlər ədəbiyyat növlərinə görə fərqləndirilib.

Leyla Abasovanın məruzəsi maraqla dinlənilib. Məruzəçiyə çoxsaylı suallar ünvanlanıb, məruzə ətrafında müzakirələr aparılıb. Professor Mais Süleymanov, dekan müavini Zahidə Rzayeva, kafedra müdirləri Knyaz Aslan, Elçin Əhmədov, Sevda Xələfova, dosent Rasim Süleymanov, “TEAS-Press” Nəşriyyat Evinin redaktoru Kərim Kərimli, tanınmış uşaq yazıçısı Sevinc Nuruqızı və başqaları mövzu ilə bağlı fikirlərini bildiriblər.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024