BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin əməkdaşları tərəfindən sənəd axınının elmmetrik təhlili əsasında tətbiqi xarakterli nəticələr alınıb

09/03/2021

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin əməkdaşları - Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov, dosent Pərviz Kazimi və fəlsəfə doktoru Adilə Abdullayevanın birgə yerinə yetirdiyi elmi-tədqiqat işinin nəticələri “Azərbaycanda kitabxanaşünaslığa dair sənəd axınının elmmetrik təhlili” (“Scientometric analysis of document flow in library science of Azerbaijan”) adlı məqalədə əks olunmaqla impakt faktorlu “Norwegian Journal of development of the International Science” jurnalında dərc edilib. Məqalədə Azərbaycanda kitabxanaşünaslığa dair sənəd axınının elmmetrik təhlili, sənəd axınının inkişaf dinamikası, strukturu, sahə üzrə alim və mütəxəssislərin reytinqinin müəyyənləşdirilməsi üsulları haqqında məlumat verilib. Məqalədə təqdim edilmiş elmmetrik tədqiqat üsullarından digər sahələr üzrə də bibliometrik araşdırmaların aparılmasında istifadə edilə bilər.

Məqalə ilə tanış olmaq üçün linkə keçid edə bilərsiniz:

http://nor-ijournal.com/wp-content/uploads/2020/09/NJD_45_2.pdf

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi başa çatıb

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi başa çatıb
12/08/2026

Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş

Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş
12/08/2026

BDU-da bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” platformasına inteqrasiya prosesi tam başa çatıb

BDU-da bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” platformasına inteqrasiya prosesi tam başa çatıb
11/08/2026