BDU-nun komandası Türkiyədə keçirilmiş "TEKNOFEST-2025"in qalibidir!

21/09/2025

Bakı Dövlət Universitetinin (BDU) sentyabrın 17-21-də “TEKNOFEST-2025 İstanbul” aerokosmik və texnologiya festivalında təmsil olunan “BSU SSTCC” komandası böyük uğur qazanıb.

Dünyanın 96 ölkəsindən 565776 komandanın müraciət etdiyi festivalda BDU-nun “BSU SSTCC” komandası “Əngəlsiz həyat texnologiyaları” kateqoriyası üzrə “NeuroScreen” layihəsi ilə I yerə layiq görülüb.

“NeuroScreen” layihəsinin məqsədi iflicli xəstələrin beyin siqnallarının oxunması və filtrlənməsi nəticəsində müxtəlif IoT əsaslı ağıllı ev texnologiyalarının, rəqəmsal vasitələrin və robot əsaslı orqanların idarəsinin təmini, xəstənin sağlamlıq vəziyyətinin anlıq monitorinqi və süni intellekt əsasında təyinidir.

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzini təmsil edən komanda üzvlərini və bütün BDU ailəsini təbrik edirik! Yeni uğurlara doğru inamla irəli!

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026