BDU-nun magistrantı “Çağdaş tatar hekayələri antologiyası”nı Azərbaycan dilinə tərcümə edib

06/04/2023

Bakı Dövlət Universitetinin (BDU) Türkologiya kafedrasının magistrantı, Tələbə Elmi Cəmiyyəti nəzdində Türkoloji dərnəyin rəhbəri Məleykə Mirzəlinin tərcüməsində nəşr edilmiş “Çağdaş tatar hekayələri antologiyası” adlı kitabın Tatarıstanın Azərbaycandakı nümayəndəliyində təqdimatı keçirilib. 31 müasir tatar nasirinin hekayələrindən ibarət olan kitabın redaktoru və ön sözünün müəllifi BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğludur.

Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı rəhbəri olduğu layihə haqqında məlumat verib və nəşrin əhəmiyyətindən söz açıb.

Tatarıstanın Azərbaycandakı nümayəndəliyinin daimi nümayəndəsi Murad Qadılşin layihə əsasında tərtib olunmuş bu kitabı mühüm ədəbi-mədəni hadisə hesab edib və kitabın ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkürünü bildirib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, kitabın məsləhətçisi Qənirə Paşayeva bu nəşrin Azərbaycan-Tatarıstan ədəbi-mədəni əlaqələrinin möhkəmlənməsinə dəyərli töhfə olduğunu diqqətə çatdırıb.

Sonra Tatarıstanın millət vəkili, Tatarıstan Yazıçılar Birliyinin sədri Rkail Zəydulla, hekayələrin tərcüməçisi Məleykə Mirzəli və dosent Məti Osmanoğlu kitabla bağlı fikirlərini bölüşüblər.

Sonda kitabın tərtibçiləri təltif edilib və oxucular üçün kitablar imzalanıb.

Xəbərlər

Təhsil Tələbə Kredit Fondu BDU tələbələri üçün təlim keçirib

Təhsil Tələbə Kredit Fondu BDU tələbələri üçün təlim keçirib
29/11/2024

BDU-nun professoru Sevinc Hacıyevanın həmmüəllifliyi ilə “Qlobal ekoloji problemlər: Səbəblər, həlli yolları, “yaşıl” enerji” kitabı nəşr edilib

BDU-nun professoru Sevinc Hacıyevanın həmmüəllifliyi ilə “Qlobal ekoloji problemlər: Səbəblər, həlli yolları, “yaşıl” enerji” kitabı nəşr edilib
29/11/2024

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”
28/11/2024