BDU-nun magistrantı Ayşən Sadıqlı “Yaxşıların yaxşısı – 2013” fəxri fərmanı ilə təltif olunub

27/12/2013

Dekabrın 24-də “Jumeirah Bilgah Beach Hotel”in Bilgəh zalında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin cari ilin yekunlarına dair təsis etdiyi “Yaxşıların yaxşısı – 2013” mükafatının təqdim olunması mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, millət vəkili Fəttah Heydərov, Yazıçılar İttifaqının Baş katibi Çingiz Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, BŞGİBİ-nin rəisi Raqif Abbasov və digər rəsmi qonaqlar iştirak ediblər.

İl ərzində nailiyyətlərinə görə gənclər, idman və kütləvi bədən tərbiyəsi sahəsi üzrə, vətənpərvərlik, istedadlı və yaradıcı gənclər, Qeyri-hökumət təşkilatları, Tələbə Gənclər Təşkilatları, ictimai birliklər, idman federasiyaları, klub və cəmiyyətlər, kütləvi informasiya vasitələrinin nümayəndələri, yüksək nailiyyətlər əldə etmiş paytaxt gəncləri və idmançıları “Yaxşıların yaxşısı –2013” mükafatı ilə təltif olunublar.

Bakı Dövlət Universitetinin filologiya fakültəsinin II kurs magistrantı, Fakültə TEC-in sədri Ayşən Sadıqlı “İlin yaradıcı gənci – Elm sahəsində xüsusi fəaliyyətinə görə” nominasiyasında “Yaxşıların yaxşısı – 2013 ” fəxri fərmanı ilə təltif olunan yeganə qalib olub. Belə ki, Ayşən Sadıqlı ümummilli lider Heydər Əliyevə həsr olunmuş 2 kitabın, 8 elmi, 4 publisistik məqalənin, 6 tezisin müəllifi, 4 kitabın redaktorudur. O, eyni zamanda, 10 diplom, 9 sertifikat, 1 Fəxri fərman və təşəkkürə layiq görülüb.

Onu da qeyd edək ki, A.Sadıqlı dekabrın 19-da Bakı Dövlət Universitetində “Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi”nin təşkilatçılığı ilə keçirilmiş “Mir Cəlal görkəmli yazıçı və ədəbiyyatşünas kimi” mövzusunda məqalə müsabiqəsinin nəticələrinə görə diplom və pul mükafatına layiq görülüb.

Eyni zamanda, dekabrın 25-də Bakı Slavyan Universitetində keçirilmiş “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda XII Respublika tələbə elmi-praktik konfransının plenar iclasında BDU-nun nümayəndəsi kimi çıxış edib, rəyasət heyətində əyləşib. Sonra bölmə iclasında “Məmməd Səid Ordubadinin Nizami haqqında fikirləri (M.S.Ordubadinin məqalələri və “Qılınc və qələm” romanı əsasında)” mövzusunda çıxış edərək fərqləndiyinə görə diploma layiq görülüb.

Mətbuat və informasiya şöbəsi, 27 dekabr 2013-cü il.

Xəbərlər

BDU-nun Qazax filialında inklüziv təhsilə dair II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub

BDU-nun Qazax filialında inklüziv təhsilə dair II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub
20/04/2024

IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
20/04/2024

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024