BDU-nun magistrantı Çexiyanın Karlova Universitetinin doktoranturasına qəbul olub

22/04/2024

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nəzəri fizika kafedrasının II kurs magistrantı İlyas Abuşzadə Çexiyanın Karlova Universitetinin Fizika və riyaziyyat fakültəsinin doktorantura pilləsinə qəbul olub.

İlyas Abuşzadə “Günəş küləyində turbulentlik” tədqiqat sahəsi üzrə araşdırma aparacaq. O, elmi nəticələrinə əsasən, həm dövlət, həm də Karlova Universitetinin təqaüdünü alacaq.

Qeyd edək ki, İlyas Abuşzadə 2018-ci ildə Moskva Dövlət Universitetinin Bakı filialının Fizika fakültəsinə qəbul olub. II kursdan başlayaraq plazma fizikası sahəsində tədqiqatlar aparıb. İlk tədqiqatı MMS və TEMİS peyklərindən alınan məlumatların təhlili və günəş küləyinin Yerin maqnitopauzasına təsiri haqqında olub. III kursdan başlayaraq nəzəri tədqiqatlar və kiçik miqyaslı maqnit sahəsi dinamosu istiqamətində araşdırma aparıb. O, 2022-ci ildə BDU-nun Fizika fakültəsinin Nəzəri fizika kafedrasnın magistraturasına qəbul olub. 2021-ci ildən 16 beynəlxalq və respublika elmi konfransında iştirak edib, tezisləri dərc olunub. Kiçik miqyaslı maqnit sahəsi dinamosu üzrə aldığı nəticələr 2022-ci ildə İsveç Kral Elmər Akademiyasının “Physica Scripta” jurnalında dərc olunub.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2026

BDU-da “Zəfər: mənim gözümdən” adlı hekayə müsabiqəsinin qalibləri müəyyənləşib

BDU-da “Zəfər: mənim gözümdən” adlı hekayə müsabiqəsinin qalibləri müəyyənləşib
16/11/2026

BDU rektoru Elçin Babayev I Gürcüstan-Azərbaycan Rektorlar Konfransında strateji əməkdaşlıq təşəbbüsləri ilə çıxış edib

BDU rektoru Elçin Babayev I Gürcüstan-Azərbaycan Rektorlar Konfransında strateji əməkdaşlıq təşəbbüsləri ilə çıxış edib
16/11/2026