BDU-nun magistrantı Mançester Universitetinin doktorantura proqramına qəbul olunub

02/06/2025

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin magistrantı, beynəlxalq ikili diplom proqramının iştirakçısı Edqar Şahbazov Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Mançester Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinin “Molekulyar biologiya” ixtisası üzrə doktorantura proqramına qəbul olunub.

Edqar Şahbazov “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində BDU ilə İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında “Biotexnologiya” ixtisaslaşması üzrə həyata keçirilən beynəlxalq ikili diplom proqramının tələbəsidir.

Gənc tədqiqatçının doktorantura mərhələsində araşdıracağı “Qocalmanın qarşısını alan RBBP5 faktorunun mitoxondrial tarazlığın qorunmasında yeni rolu”  mövzusu Mançester Universitetinin tanınmış alimləri Gino Poulin və Alan Whitmarshın elmi rəhbərliyi altında universitetin laboratoriyalarında həyata keçiriləcək.

Qeyd edək ki, BDU və HUJI arasında həyata keçirilən ikili diplom proqramı beynəlxalq səviyyədə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edir.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026