BDU-nun Meksikada çalışan tanınmış məzunu Fizika fakültəsinin professor-müəllim heyəti və tələbələrinə seminar keçib

29/09/2023

Dünyada tanınmış fizik, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin məzunu, Meksika Milli Muxtar Universitetinin professoru, Əməkdar elm xadimi Natiq Atakişiyev BDU-nun Fizika fakültəsinin professor-müəllim heyəti və tələbələri üçün seminar keçirib.

Seminarda iştirak edən BDU rektoru Elçin Babayev Natiq Atakişiyevin həyatı və elmi yaradıcılığı barədə məlumat verib, onun Azərbaycan elminin dünyada təbliğindəki xidmətlərini vurğulayıb.

Tanınmış alim “Cəmiyyətin inkişafında elmin rolu” mövzusunda mühazirə deyib. Keçdiyi həyat yolundan, qarşılaşdığı çətinliklər və onların öhdəsindən necə gəlməyindən, elmin cəmiyyətin inkişafındakı rolundan danışıb. Elmin ənənələr hesabına inkişaf etdiyini bildirən məruzəçi bilik alan şəxsin həmin bilikləri gələcək nəsillərə ötürməli olduğunu vurğulayıb. Natiq Atakişiyev insanın daim həyatda yerini axtarmalı olduğunu, özünün də bu yolla getdiyini bildirib. Tələbələrə əlaqələrin intensivləşdiyi müasir dünyada şəxsi inkişafları üçün bir neçə xarici dil bilməyin, Universitetdə təhsil aldıqları müddətdən səmərəli istifadə etməyin, təhsil aldıqları sahəni dərindən mənimsəməyin zəruriliyini diqqətə çatdırıb.

Ən sonda Natiq Atakişiyev tələbələrə Yuval Noah Hararinin ”Bəşəriyyətin qısa tarixi” (“A brief history of Humankind Sappiens”) kitabını oxumağı tövsiyə edib. Bildirib ki, bu kitabda insan psixologiyasının inkişaf mərhələləri, şüurun necə formalaşması öz əksini tapıb.

Seminarın sonunda məruzə üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026