BDU-nun Mexanika-riyaziyyat fakültəsində “Çoxobrazlılar üzərində laylaşan fəzalar” mövzusu üzrə elmi-tədqiqatlar davam edir

21/05/2021

BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasında “Çoxobrazlılar üzərində laylaşan fəzalar” mövzusu üzrə elmi-tədqiqat işləri toxunan, kotoxunan, tenzor, jet ve koreper laylanmalarındakı diferensial-həndəsi strukturlar kimi istiqamətləri əhatə edir.

Baza çoxobrazlısında verilən hamar funksiyaların, vektor və tenzor meydanlarının, 1-formaların, simmetrik afin rabitələrin, Riman metrikalarının, diferensiallanmaların laylanmanın total fəzasında liftləri (o cümlədən, şaquli, horizontal, tam, diaqonal, bircins, g-liftlər) qurulmuş, laylanmaların total fəzasında bir sıra afinor strukturların (o cümlədən, sanki kompleks, parakompleks, f-struktur) inteqrallanma şərtləri müəyyən edilmişdir.

Hal-hazırda jet və koreper laylanmasının total fəzasında natural (təbii) metrikaların yeni sinfinin təyin olunması, əyrilik xassələrinin öyrənilməsi, həmçinin bu laylanmada simplektik strukturlar ailəsinin qurulması və müxtəlif liftlərlə bağlı məsələlərdə tətbiqi imkanlarının qiymətləndirilməsi üzrə araşdırmalar davam etdirilir. Koreper laylanmasının həndəsəsi ilə ümumi qravitasiya nəzəriyyəsi və ümumi nisbilik nəzəriyyəsinin kvant prinsipləri arasındakı əlaqələrin müəyyən olunması qarşıya qoyulan əsas məsələlərdəndir.

Xəbərlər

Ərzurum Texniki Universitetində BDU-nun professoru Arif Səlimova həsr olunmuş XXI Beynəlxalq Həndəsə Simpoziumu keçirilir

Ərzurum Texniki Universitetində BDU-nun professoru Arif Səlimova həsr olunmuş XXI Beynəlxalq Həndəsə Simpoziumu keçirilir
18/07/2025

“Huawei” şirkəti BDU-da rəqəmsal təhsil və idarəetmə sistemləri ilə bağlı təqdimat edib

“Huawei” şirkəti BDU-da rəqəmsal təhsil və idarəetmə sistemləri ilə bağlı təqdimat edib
17/07/2025

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb
17/07/2025