BDU-nun Mexanika-riyaziyyat fakültəsində “Qeyri-səlis soft modullar kateqoriyası və funktorların xassələri” mövzusu üzrə alınmış nəticələr bank sistemində tətbiq oluna bilər

18/05/2021

Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasında “Qeyri-səlis soft modullar kateqoriyası və funktorların xassələri” mövzusu üzrə elmi-tədqiqatlar davam edir.

Qeyri-səlis soft və intuitiv qeyri-səlis soft çoxluqların xassələrinin tədqiqi əsasında topoloji fəzalarda ayırma aksiomları verilmiş, soft seperabel fəzalarda verilmiş müxtəlif növ kəsilməzliklər arasında əlaqə qurulmuş və tərpənməz nöqdə haqqında Banaç teoreminin isbatı verilmişdir. Soft topoloji fəzaların genişlənməsi olan supra soft topoloji fəzaları üçün ayırma aksiomları müəyyən olunmuşdur. Bul cəbrində bəzi şərtləri ödəyən qeyri-səlis çoxluq vasitəsi ilə həm soft topoloji fəzaların, həm də adi topoloji fəzaların ümumiləşməsi alınmış, soft çoxluqlar ailəsində bəzi şərtləri ödəyən iki qeyri-səlis çoxluq vasitəsi ilə bir  topoloji struktur qurulmuş, onların bazası və alt bazası tədqiq edilmişdir.

Nəticələr oyunlar nəzəriyyəsi və bank sistemində tədbiq edilə bilər. Topologiyanın və cəbrin yeni üsullarının ümumiləşdirilməsi bipolyar soft topologiya sahəsində yeni praktik əhəmiyyətli nəticələrin əldə olunmasına imkan verəcək.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024