BDU-nun Mexanika-riyaziyyat fakültəsində Vətən müharibəsi iştirakçıları ilə görüş

21/10/2022

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib.
Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi anılıb.
Fakültənin dekanı Ziyatxan Əliyev Universitetin şəhid məzun və tələbələrinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. O, şəhid ailələri və müharibə iştirakçılarının dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib.
İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının müdiri Hamlet Quliyev torpaqlarımızın düşməndən azad edilməsində əsl qəhrəmanlıq göstərən şəhidlərimizin xatirəsinə və müharibə iştirakçılarına öz ehtiramını bildirib. Onların 30 ilə yaxın işğal altında olan torpaqlarımızın 44 gün ərzində yağı düşməndən azad edilməsində əsl vətənpərvərlik, böyük fədakarlıq göstərdiklərini vurğulayıb.
Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının müdiri Əli Əhmədov, Cəbr və həndəsə kafedrasının müəllimi, Vətən müharibəsi iştirakçısı Fərid Əsədli çıxış edərək Vətən müharibəsində qazandığımız şanlı qələbədən danışıblar. Çıxış edənlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı Zəfərinin tariximizə qızıl hərflərlə yazıldığını vurğulayıblar. Vətən müharibəsi iştirakçıları - fakültənin məzunu Pərvin Arslan, tələbələri Pərviz Bilişzadə, Rəhman Qasımov, Mirvahid Vahidli keçdikləri döyüş yolundan bəhs ediblər. Tədbirdə Vətən müharibəsində qazandığımız şanlı Qələbəmizə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonda fakültənin I kurs tələbəsi Murad Muradov və III kurs tələbəsi Fidan Paşayeva fakültə tələbələrinin adından çıxış ediblər.

 

Xəbərlər

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib
16/05/2026

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026