BDU-nun əməkdaşı Almaniya universitetində elmi məruzə ilə çıxış edib

15/05/2023

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Lalə Qəhrəmanlı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Elm və Texnologiyada Avropa Əməkdaşlığı (Europian Cooporation in Science and Technology - COST) proqramının “Fotovoltaika üçün yeni qeyri-üzvi halkogenidlərin tədqiqi və beynəlxalq əməkdaşlıq” (CA21148) adlı layihəsi üzrə Qısamüddətli Elmi Missiya (Short-term Scientific Mission (STSM)) qrant müsabiqəsində 120 layihə arasında 8 qalibdən biri olaraq seçilib. O, hazırda Almaniyanın Erlangen-Nürnberq şəhərində yerləşən Fridrix Aleksandr Universitetinin (FAU) “Nazik təbəqələr materiallarının kimyası” bölməsinin rəhbəri, professor Julien Bachmann və əməkdaşları ilə birgə həmin layihə çərçivəsində “Fotovoltaika üçün gümüş sulfid-kadmium sulfid / gümüş nanonaqilləri və qrafen əsaslı (Ag2S-CdS NN/Ag NN/QF) materiallar” mövzusu üzrə elmi tədqiqatlar aparır. Lalə Qəhrəmanlı apardığı tədqiqatların nəticələri barədə FAU-da elmi məruzə ilə çıxış edib. O, öz məruzəsində BDU-nun Azərbaycanın ən qədim elm-təhsil ocağı olduğunu vurğulayıb, universitetin tarixi, elmi-tədqiqat fəaliyyəti, gələcək perspektivləri və beynəlxalq əlaqələri haqqında məlumat verib.

Qeyd edək ki, FAU qlobal reytinq cədvəli üzrə Almaniya Universitetləri arasında 8-ci, beynəlxalq reytinq cədvəlində isə 127-ci yerdə qərarlaşıb.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026