BDU-nun əməkdaşı “Arte Italia Cultura” Beynəlxalq Mədəniyyət və Turizm Assosiasiyasının Azərbaycan üzrə təmsilçisi seçilib

08/05/2018

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin əməkdaşı, İtaliyanın Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun (IREPI) üzvü Leyla Rəşid “Arte Italia Cultura” Beynəlxalq Mədəniyyət və Turizm Assosiasiyasının Azərbaycan üzrə təmsilçisi seçilib.

İtaliyanın Neapol şəhərində fəaliyyət göstərən “Arte Italia Cultura” Assosiasiyası dünyanın müxtəlif ölkələrində mədəniyyət və turizm sahəsində layihələrin, elmi-innovativ metodların beynəlxalq mübadiləsini həyata keçirir. Assosiasiya xalqlar arasında mədəniyyət körpüsü qurur, müxtəlif millətlərin milli-mədəni, bədii irsinin dünyada tanınması və qorunması istiqamətində fəaliyyət göstərir. Bu qurum, həmçinin dünyanın bir sıra dövlətlərində tarixi, bədii, mədəni əsərləri təşviq edir, etnoqrafik turizmin inkişafına çalışır. Təşkilat, eyni zamanda, incəsənət, o cümlədən moda, zərgərlik kimi sahələri əhatə edən və turizm sektoruna aid şirkətlərin Avropa, Amerika və Asiya ölkələrində investisiyasını reallaşdırır.

“Arte Italia Cultura” Assosiasiyası fəaliyyət spektorlarına uyğun olaraq hər il beynəlxalq seminar, konfrans və sərgilər təşkil edir.

Bir sıra dövlətlərin təmsil olunduğu beynəlxalq assosiasiyada zəngin tarixi-mədəni irsə, unikal coğrafi mövqeyə malik Azərbaycanın iştirakı mühüm strategiyadır. Digər tərəfdən, bu, yerli şirkətlərin və məhsulların müxtəlif ölkələrə inteqrasiyası və xaricdə tanınması üçün faydalı ola bilər.

AZƏRTAC

Xəbərlər

IDEA və BDU-nun birgə təşkilatçılığı ilə Sumqayıt çimərliyinin sahil zolağında təmizlik aksiyası keçirilib

IDEA və BDU-nun birgə təşkilatçılığı ilə Sumqayıt çimərliyinin sahil zolağında təmizlik aksiyası keçirilib
30/09/2023

BDU-da elmi seminar: "XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum"

BDU-da elmi seminar: "XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum"
29/09/2023

BDU-nun Kimya fakültəsində qazilərlə görüş

BDU-nun Kimya fakültəsində qazilərlə görüş
29/09/2023