BDU-nun əməkdaşı vəfat edib

30/12/2021

Bakı Dövlət Universitetinin Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin baş mütəxəssisi Mirzəyev Əmirxan Nizam oğlu vəfat edib.

72 yaşında dünyasını dəyişən Ə. Mirzəyev 1974-1978-ci illərdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Elmi Tədqiqat İnstitutunda mütəxəssis, 1978-ci ildə BDU-nun Elmi-tədqiqat bölməsinə böyük elmi işçi, 1992-1994-cü illərdə Humanitar fakültələr üzrə prorektor müavini, 1994-1998-ci illərdə Elmi Tədqiqat Hissəsində böyük elmi işçi vəzifəsində çalışıb. 1998-2019-cu illərdə Elmi işlər üzrə prorektor müavini, 2019-cu ildən Elmi fəaliyyətin təşkili və informasiya mərkəzinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb.

2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026