BDU-nun əməkdaşı İzmirdə simpoziumda iştirak edib

27/06/2012

BDU-nun Beynəlxalq Proqramlar və Layihələr şöbəsinin müdiri, Jurnalistika fakültəsi Beynəlxalq jurnalistika kafedrasının dosenti Təranə Mahmudova 10-13 iyun tarixlərində Türkiyə Izmir universitetində keçirilmiş simpoziumda iştirak edib.

T. Mahmudova simpoziumda “Qlobal kommunikasiya və Azərbaycan: Kommunikasiyada yeni meyllərin dilə təsiri” adlı tədqiqatının nəticələrini təqdim edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Beynəlxalq Proqramlar və Layihələr şöbəsinin müdiri kimi T. Mahmudova İzmir universitetinin Beynəlxalq Əlaqələr departamentinin müdiri xanım Güneş Becerik ilə görüşüb və universitetlər arasında əməkdaşlıq yaratmaq təşəbbüsü ilə çıxış edib. Görüş zamanı gələcək əməkdaşlığın formaları və rəsmiləşdirilməsi yolları, universitetlərarası anlaşma memorandumunun hazırlanması və müddəaların razılaşdırılması məsələləri müzakirə edilib.

Qeyd edək ki, “Dil və kommunikasiya araşdırmaları: tədqiqatda çağdaş meyllər və problemlər ” adlı simpozium Dil və kommunikasiya Araşdırmaları institutunun təşkilatçılığı ilə gerçəkləşib.

Mətbuat və informasiya şöbəsi, 27 iyun 2012-ci il.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026