BDU-nun əməkdaşları Baş Prokurorluqda “Natiqlik və sosial media ilə ünsiyyət” mövzusunda təlim keçiblər

14/04/2022

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə birgə mətbuat xidmətinin işçiləri və tabe prokurorluqlarda KİV-lə əlaqələrə məsul şəxslər üçün “Natiqlik və sosial media ilə ünsiyyət” mövzusunda qarışıq (əyani və distant) formada təlim keçirilir.

Təlimlərin təşkil edilməsində məqsəd müvafiq sahədə fəaliyyət göstərən prokurorluq işçilərinin peşə biliklərinin artırılması və sosial media ilə peşəkar davranışın müasir tələblərə uyğunlaşdırılmasıdır.

Tədbirə təlimçi qismində Baş Prokurorluğun işçiləri ilə yanaşı, Medianın İnkişafı Agentliyi, Ədliyyə Akademiyasının əməkdaşları, Bakı Dövlət Universitetinin Jurnalistika və Filologiya fakültələrinin müəllim heyəti cəlb edilib.

Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti, Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”, Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev “Xidməti məlumatların kütləvi informasiya vasitələrinə çatdırılma qaydası və onun nümayiş etdirmə üslubları”, Jurnalistika fakültəsinin dekan müavini, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Esmira Rövşənova “Sosial media üçün məlumatların hazırlanma metodikası”, Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasnın müdiri, professor  İlhamə Hacıyeva “Natiqlik qabiliyyətinin artırılması üçün nitq texnikası, vasitələri və priyomları” mövzularında iştirakçılar üçün təlimlər keçiblər.

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025