BDU-nun əməkdaşları beynəlxalq təcrübə proqramında iştirak ediblər

09/02/2022

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları Belçikanın Leuven şəhərində yerləşən “QMineral” şirkətinin təşkil etdiyi təcrübə proqramında iştirak ediblər.

Təcrübə proqramında BDU-nun Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının müdiri Ələkbər Hüseynzadə və Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Xatirə Mehtiyeva müxtəlif panel müzakirələrdə və təlimlərdə fəallıq nümayiş etdiriblər.

İştirakçılar proqram çərçivəsində kristallik toz nümunələrinin "Rentgen şüalarının difraksiyası" tədqiqat üsülu ilə keyfiyyət və kəmiyyət analizi haqqında təlimlərdə iştirak ediblər. Həmçinin, tədqiqat nəticələrinin keyfiyyətinin artırılması məqsədilə dünyanın qabaqcıl laboratoriyalarında istifadə olunan proqram təminatları ilə tanışlıq imkanı da yaradılıb. Təcrübə proqramının yekununda BDU-nun hər iki əməkdaşı şirkət tərəfindən beynəlxalq sertifikata layiq görülüb.

Xəbərlər

BDU əməkdaşları üçün idarəetmədə müasir yanaşmalara dair təlim keçirilib

BDU əməkdaşları üçün idarəetmədə müasir yanaşmalara dair təlim keçirilib
21/10/2026

BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib

BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib
21/10/2026

BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri tennis üzrə Respublika birinciliyinin qalibidirlər

BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri tennis üzrə Respublika birinciliyinin qalibidirlər
21/10/2026