BDU-nun əməkdaşları Türkiyənin Sivas Cümhuriyyət Universitetində olublar

03/06/2019

Bakı Dövlət Universitetinin əməkdaşları 27-31 may tarixlərində ERASMUS+ KA107 layihəsi çərçivəsində Türkiyənin Sivas Cümhuriyyət Universitetində (SCU) olublar.

BDU-nun Beynəlxalq elm-təhsil proqramları, qrantlar və informasiya texnologiyaları şöbəsinin müdiri Elmira İsmayılova, şöbənin mütəxəssisi Hüseyn Hüseynli, Fizika fakültəsinin Maddə quruluşu kafedrasının müəllimi Leyla Ağamalıyeva və Astrofizika kafedrasının dosent əvəzi Kəmalə Alışevanın iştirakı ilə  bir sıra görüşlər keçirilib.

İlk görüş SCU-nun rektoru, professor Alim Yıldızın iştirakı ilə olub. O, universitetlər arasında mövcud əlaqələri yüksək dəyərləndirib. BDU və SCU-nun birgə təşkilatçılığı ilə Nəsimi və Qazi Bürhanəddinə həsr olunmuş simpoziumun keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Növbəti görüş SCU-nun Təhsil fakültəsinin dekanı, Beynəlxalq əlaqələr şöbəsinin müdiri professor Ali Aksu və adıçəkilən şöbənin əməkdaşları ilə baş tutub. Universitetlər arasında imzalanmış ERASMUS+ KA107 layihəsi çərçivəsində görüləcək işlər, tələbə-müəllim mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə edilib.

Səfər çərçivəsində E.İsmayılova və H.Hüseynli  SCU-nun Ədəbiyyat fakültəsinin dekan müavini dosent Ahmet Yüksel, fakültənin müəllimi Dr. Zafer Karademirlə görüşüblər. BDU-nun Tarix və SCU-nun Ədəbiyyat fakültəsinin Tarix bölümü arasında əməkdaşlığın genişləndirilməsi, birgə məqalələrin yazılması kimi məsələlər müzakirə olunub, müəllim mübadiləsinin genişləndirilməsi də təklif olunub.

L.Ağamalıyeva və K.Alışeva SCU-nun Fənn fakültəsinin Fizika bölümündə tələbə-müəllim heyətinin iştirak etdiyi tədbirdə fizikanın müxtəlif sahələrinə aid mühazirələr oxuyublar.

BDU-nun əməkdaşları SCU-nun İrəli Texnologiya Tədqiqat və Tətbiq Mərkəzinin (CÜTAM) müdir müavini Ali Özerlə fikir mübadiləsi aparıb, mərkəzdə aparılan tədqiqatlarla yaxından tanış  olub, Cumhuriyet Üniversitetinin Nanotexnologiya Mərkəzinin əməkdaşları və tələbələri ilə görüşüb, aparılan işlərlə yaxından tanış olub, Ziyabey Yazma Əsər Kitabxanasını ziyarət ediblər.


Mətbuat və informasiya şöbəsi, 03 iyun 2019-cu il.

Xəbərlər

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib
16/05/2026

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026