BDU-nun əməkdaşlarının azometrin qrupu birləşmələrinin ağciyər xərçənginə təsiri üzrə tədqiqatları davam edir

13/12/2022

Bakı Dövlət Universitetinin (BDU) Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının  əməkdaşları Ələkbər Hüseynzadə və Ülviyyə Həsənovanın həmmüəllifi olduqları “Ağciyər xərçəngi hüceyrə xəttində Wnt və MAPK gen profillərinə  azometin qrupu daşıyan birləşmələrin təsiri: in siliko və in vitro tədqiqatlar” (Effect of azomethine group containing compounds on gene profiles in Wnt and MAPK signal patterns in lung cancer cell line: In silico and in vitro analyses) adlı məqalə “Web of Science” bazasında Q3 kateqoriyalı jurnallar siyahısına daxil olan “Journal of Molecular Structure” jurnalında (IF: 3.841) çap olunub.

https://doi.org/10.1016/j.molstruc.2022.134619

Tədqiqat işində salisilaldehid törəmələri əsasında yeni azometinlər sintez olunub və Nüvə Maqnit Rezonansı (NMR) spektroskopiya üsulu ilə tədqiq edilib. Bioloji aktivlik A-549 ağciyər xərçəng hüceyrə xəttinə qarşı tədqiq olunub. Wnt (CSNK1A1, CTNNB1) və MAPK siqnal yollarının (DUSP1, DUSP2, DUSP4 və DUSP10) ekspressiya səviyyələri RT-PCR üsulu ilə müəyyən edilib. A-549 hüceyrə xəttinə tətbiq olunan 1, 2, 3 və 4-cü birləşmələr 72 saatlıq inkubasiyadan sonra ən yüksək aktivliyi göstərib. Müəyyən edilib ki, 2 və 4-cü birləşmələr nəzarət qrupu ilə müqayisədə CTNNB1 və DUSP10 genlərinin ekspressiyasını artırıb. A-549 ağciyər xərçəngi hüceyrələri nəzarət qrupu ilə müqayisədə 1-ci birləşmədə GST səviyyələrində 70%, CAT səviyyələrində isə 96% azalma göstərib. Eksperimental tədqiqatlarla yanaşı, nəzəri tədqiqatlar da aparılıb. Molekulyar dokking nəticələrinin təcrübələrlə uyğun olduğu aşkar edilib.

Xəbərlər

Azərbaycan şərqşünaslığının görkəmli siması - Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - Aida İmanquliyeva
10/10/2024

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 10-12-də güclü geomaqnit qasırğası baş verəcək”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 10-12-də güclü geomaqnit qasırğası baş verəcək”
10/10/2024

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Kosmosda evimiz - Günəş sistemini kəşf edək” mövzusunda öyrədici seminar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Kosmosda evimiz - Günəş sistemini kəşf edək” mövzusunda öyrədici seminar
10/10/2024