BDU-nun müəllim və tələbələri “İnkişaf edən dünyada gənclər və ətraf mühit” mövzusunda I Beynəlxalq Festivalda iştirak ediblər

28/08/2014

04 – 08 avqust 2014-cü ildə İstanbul Aydın Universitetində Avrasiya Universitetlər Birliyinə üzv Universitetlərin gənclərinin “İnkişaf edən dünyada gənclər və ətraf mühit” mövzusunda I Beynəlxalq Festivalı keçirilib. Festivalda Türkiyə, İtaliya, Yunanıstan, Rusiya, Ukrayna, Moldova, Kosovo, Gürcüstan, İraq, Əlcəzair, Malavi, Somali və b. ölkələrin gəncləri və müəllimləri iştirak ediblər. Tədbirdə Azərbaycan 2 Universitetlə təmsil olunurdu: Bakı Dövlət Universiteti və Xəzər Universiteti.

Bakı Dövlət Universiteti festivalda 1 müəllim, 3 tələbə ilə iştirak edib.

Sevinc RUINTƏN - Tarix fakültəsi, Türk xalqları tarixi kafedrasının dosenti

Cülsüm RZAYEVA – Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsi, Beynəlxalq münasibətlər ixtisası üzrə magistrant

Günlaz QASIMOVA – Tarix fakültəsi, “Regionşünaslıq – Türkiyəşünaslıq” ixtisası üzrə magistrant

Tünzalə QASIMOVA – Tarix fakültəsi, “Regionşünaslıq – Qafqazşünaslıq” ixtisası üzrə magistrant

BDU təmsilçiləri Festivalda “Müasir Azərbaycan gənclərinin dünyaya baxış açısı” mövzusunda məruzə ilə çıxış ediblər. Çox uğurlu iştirakın nəticəsi olaraq Rusiyanın Başqırdıstan, Qaraçay-Çərkəz, Dağıstan Respublikalarının, Gürcüstan, İraq Universitetlərindən, həmçinin İtaliya və Türkiyə təmsilçilərindən konkret əməkdaşlıq təklifləri alınıb.

Təmsilçilərimiz İstanbul Aydın Universitetinə Bakı Dövlət Universiteti, Tarix,  Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültələri, həmçinin Azərbaycan haqda bukletlər, xatirə hədiyyəsi; həmçinin festival iştirakçılarına Azərbaycanla bağlı kitablar, digər hədiyyələr təqdim ediblər.

Daha ətraflı məlumat: https://www.facebook.com/pages/Euras/260676774046758?fref=ts

Xəbərlər

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib

BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib
29/03/2024

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub

BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub
29/03/2024

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər

BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər
29/03/2024