BDU-nun müəllimi Arzu Məmmədova 2017-ci ilin "Ən yaxşı rus dili və ədəbiyyatı müəllimi" seçilib

16/02/2018

Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Rus Mərkəzinin rəhbəri Arzu Məmmədova 2017-ci ilin "Ən yaxşı rus dili və ədəbiyyatı müəllimi" seçilib. Rossotrudniçestvonun Azərbaycandakı rəhbəri Denisov Valentin Petroviç tərəfindən diplomla təltif edilən A.Məmmədova BDU nəzdində fəaliyyət göstərən Rus Mərkəzinin uğurlu fəaliyyətinə görə diplom və mükafatlara layiq görülüb. Arzu Məmmədova - 05 oktyabr 2016-cı il  il və 23 dekabr 2016-cı il tarixlərində iki təşəkkür məktubu  və  “Rus dünyası” Fondu idarə heyətinin icraçı direktoru Vyaçeslav Nikonov tərəfindən rus dilinin, mədəniyyatının, elminin, tarixinin və ənənələrinin uğurla populyarlaşdığına görə də diplomla təltif edilib.

Qeyd edək ki, Rus Mərkəzi «Russkiy Mir» Fondunun təşəbbüsü ilə qabaqcıl tədris-metodik mərkəzlərlə birlikdə yaradılmış tədris-elmi strukturdur. Bakı Dövlət Universiteti nəzdində 2009-cu ildə yaradılan Rus Mərkəzi rus dili və ədəbiyyatını, bütövlükdə rus mədəniyyətini uğurla təbliğ edir, mədəniyyətlərarası dialoqun qurulması və möhkəmləndirilməsinə, Azərbaycan Respublikası və Rusiya Federasiyası xalqları və ədəbiyyatları arasında qarşılıqlı əlaqələr və münasibətlərin genişləndirilməsinə yardımçı olur. «Russkiy Mir» Fondu, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi və Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun dəstəyi sayəsində açıldığı gündən Azərbaycan və Rusiya arasında elm, təhsil və mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində hərtərəfli iş aparan Rus Mərkəzi Azərbaycanda ödənişsiz əsaslarla  rus dilinin tədris edən qurumdur. Mərkəzin əməkdaşları xarici ölkələrinin vətandaşları olan tələbələrə, eləcə də Azərbaycan bölmələrində tədris alan tələbələrə rus dilini tədris edir. Rus Mərkəzi həmçinin BDU-da və universitetdən kənarda (Bakı Slavyan Universitetində, Azərbaycanm Yazıçılar Birliyində, Rossotrudniçestvonun binasında, "Rus kitabı" evində və digər yerlərdə) görkəmli rus ədiblərinin yubileylərinə həsr olunan tədbirlər, rus dili və ədəbiyyatına həsr olunan əsərlərin təqdimatını keçirir. Mərkəzdə BDU-nun tələbələri və əməkdaşları, rus dili və ədəbiyyatı ilə maraqlanan şəxslər Rusiyaya aid yeni nəşrlərlə, audio və video materiallarla tanış ola bilərlər.

Mətbuat və informasiya şöbəsi, 16 fevral 2018-ci il.

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024