BDU-nun müəllimi beynəlxalq konfransda iştirak edib

21/09/2020

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aygün Məhərrəmova pandemiya dövründə keçirilən onlayn “Tokio Sammiti-2. Müasir elmlərdə innovativ tədqiqatlar üzrə II beynəlxalq Tokio konfransı”nda (Tokyo Summit-2. “2nd International Tokyo Conference on Innovative Studies of Contemporary Sciences”) iştirak edib. Virtual konfransda A. Məhərrəmova “Poetik dildə frazeoloji birləşmələrin aktuallaşması” (“Actualization of phraseological units in poetic language”) adlı məruzə ilə çıxış edib. Poetik dil sistemində mövcud olan frazeoloji vahidlər, frazeoloji vahidlərin aktuallaşması və transformasiyası kimi məsələlərə aydınlıq gətirilən məruzə konfrans iştirakçılarının marağına səbəb olub.
Əlavə edək ki, A.Məhərrəmova 23-25 sentyabr 2020-ci il tarixlərində Macarıstanda keçiriləcək “VII. Atlas beynəlxalq sosial elmlər konqresi”nin (7. Atlas Uluslararsı Sosyal Bilimler Kongresi) akademik heyətinə üzv seçilib.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026