BDU-nun müəllimi beynəlxalq konqresdə çıxış edib

13/01/2021

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Ülkər İmaməliyeva beynəlxalq konqresdə iştirak edib. Konqres Nyu-Yorkun Regional İnkişafın Araşdırılması İnstitutunun təşəbbüsü ilə baş tutub.

8-10 yanvar 2021-ci il tarixində Türkiyənin İstanbul şəhərində 12 dövlət nümayəndələrinin təmsil olunduğu III İstanbul Beynəlxalq Araşdırma Konqresi təhsil nəzəriyyəsi və praktikasında tədqiqat yeniliklərinin təqdimatı üçün təşkil olunmuş ilk forumdur.

Forumda BDU-nun müəllimi Ülkər İmaməliyeva “İdarəetmənin təkmilləşdirilməsində elektron hökumətin rolu” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi informasiya və kommunikasiya texnologiyalarında müşahidə olunan sürətli dəyişkənlik və inkişaf ölkələrin idarəetmə anlayışlarına, iqtisadi, sosial və mədəni həyata öz təsirinindən bəhs edib, bu hərtərəfli dəyişmə ilə paralel, müasir idarəetmə anlayışları çərçivəsində informasiyanın əhəmiyyəti də artdığını diqqətə çatdırıb. Xüsusən yeni əsrin ən mühüm şüarlarından biri kimi "bilik gücdür" şüarının hamı tərəfindən qəbul edildiyini xatırladan Ü.İmaməliyeva elektron hökumət proqramları və informasiya texnologiyalarının əhəmiyyətini xüsusi vurğulayıb.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, məruzənin tam mətni “Regional inkişaf üzrə beynəlxalq araşdırmalar” kitabında (İSBN, Nyu-York) dərc edililib.

Xəbərlər

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçirib

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçirib
29/06/2026

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır
29/06/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin əməkdaşlarının beynəlxalq uğuru

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin əməkdaşlarının beynəlxalq uğuru
29/06/2026