BDU-nun müəlliminin “Müasir erməni dilinin morfologiyası” adlı tədris vəsaiti işıq üzü görüb

22/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının müəllimi Türkan Əzizzadənin “Müasir erməni dilinin morfologiyası” adlı tədris vəsaiti işıq üzü görüb.

Kitabda morfologiya bölməsinə sistematik yanaşılıb, əsas və köməkçi nitq hissələri ayrı-ayrılıqda ətraflı izah edilib. Tədris vəsaitində Azərbaycan və erməni dilləri arasında bəzi müqayisəli təhlillər aparılıb. Nitq hissələrinin morfoloji quruluşu dərindən araşdırılıb. Hər bir mövzunun izahından sonra həmin mövzuya uyğun nümunələr öz əksini tapıb. Tədris vəsaitinin sonunda Azərbaycan, erməni, rus və ingilis dillərində geniş ədəbiyyat siyahısı verilib.

Qeyd edək ki, bu, erməni dilinin öyrənilməsi ilə məşğul olan gənc tədqiqatçının sayca ikinci kitabıdır. 2021-ci ildə “Erməni dilində isim” adlı kitabı çap olunmuş müəllif bu istiqamətdə bir çox məqalələrin müəllifidir.

Xəbərlər

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva
28/04/2025

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 117 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 117 il ötür
26/04/2025

BDU-da Azad Nəbiyevin 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

BDU-da Azad Nəbiyevin 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
25/04/2025