BDU-nun müəllimləri F. Hüseynov və K. Eyyubov Polşanın Yagellon Universitetində keçirilən konfransda iştirak ediblər

27/11/2013

Məlum olduğu kimi, Bakı Dövlət Universiteti və Polşanın Yagellon Universiteti arasında imzalan müqaviləyə əsasən “Şərq Tərəfdaşlığı: Məqsədlər-təcrübə-çağırışlar. Proqramla əhatə olunan dövlətlərdə həyata keçirilmə prosesinin təhlili” adli layihə həyata keçirilirdi. Həmin layihə çərçivəsində Bakı Dövlət Universitetində 06.11.2013 tarixində dəyirmi masa keçirilmişdir. Müqaviləyə əsasən bunun davamı olaraq iki nəfər BDU-nun nümayəndəsi 18 noyabr 2013-cü il tarixində Yagellon Universitetində keçirilən yekun konfransında dəyirmi masanın nəticələri haqqında çıxış ediblər.

Konfransın açılış nitqini Yaqellon Universitetin Beynəlxalq və siyasi tədqiqatlar fakültəsinin dekanı B. Şlaxta və Polşa Xarici İşlər Nazirliyinin ictimai və mədəni diplomatiya departamentinin nümayəndəsi cənab səfir M. Maşkeviç etdilər. Qeyd etmək lazımdır ki, bu layihə Polşanın Xarici İşlər Nazirliyinin "İctimai diplomatiya sahəsində əməkdaşlıq" adlı müsabiqəsində əldə olunan qrantın hesabına həyata keçirilir.

Konfrans 3 paneldən ibarətdir. Hər biri “Şərq tərəfdaşlığı” programı ilə əhatə olunan ölkələrə həsr olunmuşdur. Konfransın ikinci panelində Azərbaycan Respublikası və Moldova Respublikasının programda iştiraki təhlil olunurdu. Azərbaycan Respublikasını təmsil edən Bakı Dövlət Universitetinin müəllimləri s.e.f.d. F. Hüseynov və i.e.f.d. K. Eyyubov paneldə məruzə ilə çıxış ediblər.

F.Hüseynov ilk növbədə Bakıda keçirilən dəyirmi masanın nəticələri ilə bölüşərək, qeyd etdi ki, Azərbaycan elmi ictimaiyyəti Şərq tərəfdaşlığını ümumiyyətlə müsbət qəbul edir, lakin ərazi münaqişələri həll olunmayanacan bu layihənin tam həyata keçməsi müəmmalı qalır. “Şərq tərəfdaşlığı beynəlxalq əməkdaşlığın aləti kimi. Azərbaycan nümunəsi” adlanan çıxışında  F. Hüseynov Azərbaycan və Avropa İttifaqı arasında mövcud münasibətlərin bütün sahələrinə toxundu. K. Eyyubov “Şərq tərəfdaşlığı çərçivəsində iqtisadi əməkdaşlığın perspektivləri” adlı çıxışında Aİ-nın  Qafqazdakı iqtisadi siyasətinin hərtərəfli təhlilini verdi.

Konfrans bütövlükdə son dərəcə səmərəli keçdi və, şübhəsiz ki, gələcəkdə görüləcək işlərə zəmin yaradır.

Mətbuat və informasiya şöbəsi, 27 noyabr 2013-ci il.

Xəbərlər

BDU-da elmi seminar: “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa haqqında nəşrlər”

BDU-da elmi seminar: “Türk dünyasının mədəniyyat paytaxtı Şuşa haqqında nəşrlər”
24/06/2025

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Olimpiadalarında 7 medal qazanıblar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Olimpiadalarında 7 medal qazanıblar
24/06/2025

BDU rektorunun müşaviri ICESCO forumunda beynəlxalq paneldə çıxış edib

BDU rektorunun müşaviri ICESCO forumunda beynəlxalq paneldə çıxış edib  
24/06/2025