BDU-nun müəllimlərinin həmmüəllifi olduğu kitab işıq üzü görüb

28/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq və informasiya fakültəsinin müəllimləri Azad Qurbanov və Pərviz Kazımın həmmüəllifi olduğu “Kitabxanalarda informasiya texnologiyaları” kitabı işıq üzü görüb.

“Kitabxanalarda informasiya texnologiyaları” kitabı kitabxana informasiya fəaliyyəti ilə məşğul olan oxucular, müvafiq ixtisas üzrə təhsil alan ali və orta ixtisas tələbələri üçün nəzərdə tutulub. Kitabda müxtəlif informasiya texnologiyalarının nəzəri əsaslarını, şəbəkə, multimediya, informasiya təhlükəsizliyi haqqında sadə və anlaşılan dildə məlumatlar verilib. Kitab, həmçinin Azərbaycan kitabxanalarını beynəlxalq standartlara uyğun modernləşdirmək üçün zəruri olan müvafiq proqram, texniki və informasiya təminatları ilə zəngindir.

Kitab oxuculara informasiya texnologiyaları sahəsində olan son yeniliklərlə tanış edə biləcək vəsaitdir.

2020-ci ildə Respublika Gənclər Kitabxanasının “Kitabxanalar virtual məkanda” layihəsi əsasında yaradılmış mütəxəssislər qrupunun üzvü olan tədqiqatçı-alimlər bundan öncə bu layihə çərçivəsində 4 elmi-təcrübi vəsait - “Kitabxanalarda internet forumların keçirilməsinin metodikası”, “Elektron kitabxanalar” və “Şəhər əhalisinə kitabxana-informasiya xidmətinin təşkili”, “Kitabxana-informasiya sistemləri” adlanan kitabların çap edilməsində iştirak edib.

Qeyd edək ki, kitabın digər həmmüəllifi isə Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyevdir.

 

Xəbərlər

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026