BDU-nun müəllim-tələbə heyətinin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə ekskursiyası təşkil olunub

03/08/2021

İyulun 30-da “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı Dövlət Universiteti (BDU) müəllim-tələbə heyəti üçün Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə təcrübə-tanıtım səyahəti təşkil edib.

“AzerGold” QSC-nin BDU ilə ilə təsdiq olunmuş fəaliyyət planına uyğun olaraq baş tutan səfər "AzerGold"un hasilat və istehsalat fəaliyyəti ilə əyani tanışlıq məqsədi daşıyır.

Əvvəlcə müəllim və tələbələrə müəssisə daxilindəki təhlükəsizlik qaydaları izah edilib, onlar xüsusi geyim dəstləri ilə təmin ediliblər.

Daha sonra qonaqların filiz emalı sahəsinə ekskursiyası təşkil edilib. Müəllim və tələbələrə müəssisədə yaradılan iş şəraiti, qiymətli metalların hasilatı, emalı prosesi, laboratoriyanın iş prinsipi haqqında ətraflı məlumat verilib.

Görüşdə Geologiya fakültəsinin dekanı Məhluqə Məmmədova, dekan müavini İlqar Quliyev, faydalı qazıntılar kafedrasının dosenti Şəhla Abdullayeva, kafedranın laborantı Nigar Səttarzadə, tələbə və magistrantlar iştirak edib.

Qeyd edək ki, 20 dekabr 2019-cu il tarixində "AzerGold" QSC və BDU arasında əməkdaşlığa dair protokol imzalanıb. Protokolda qarşılıqlı razılıq əsasında ölkə ərazisində metal filizi yataqlarının mineral xammal bazasının öyrənilməsi, tədqiqi, kəşfiyyatı və idarə olunması, bu sahədə yeni texnologiyaların tətbiqi üzrə ixtisaslı kadr hazırlığı konsepsiyalarının birgə layihələndirilməsi və icrası nəzərdə tutulur.

Xəbərlər

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır
28/08/2026

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”
28/08/2026

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub
28/08/2026