BDU-nun “Məsaməli maqnit sorbenti” adlı Amerika patenti 1-ci yerə layiq görülüb

05/05/2016

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 964 nömrəli Sərancamı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” üzrə  Tədbirlər Planının 4.11-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən, elm və texnologiyalar sahəsində dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən, tətbiqi mümkün sayılan innovasiya  xarakterli  ixtiraların, texnologiyaların yaradılması və Azərbaycanda elmin, sənayenin, təsərrüfatın  aktual problemlərinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi məqsədilə “İxtiraçılıq sahəsində III Respublika Müsabiqəsi” elan edilmişdi. Bununla əlaqadar olaraq bu gün (05 may 2016) müsabiqə qaliblərinin təltif olunmasına həsr olunmuş konfrans keçirilib.

Müsabiqə Komissiyasının qərarına əsasən 11 ədəd patent qalib olub. Qalib olan 11 ədəd patentdən 4 ədədi 3-cü yerə, 3 ədədi 2-ci yerə, 2 ədədi 1-ci yerə, 2 ədədi həvəsləndirici mükafata layiq görülüb. Müəllifləri Abel Məhərrəmov, Əbdülsəid Əzizov, Mohammed Alfadul Sulaiman (Səudiyyə Ərəbistanı), Vaqif Əhmədov, Rasim Alosmanov, İradə Bünyadzadə, Məmmədəli Məhərrəmov olan “Məsaməli maqnit sorbenti” adlı Amerika patenti 1-ci yerə layiq görülüb. Konfransda bu patent üzrə 1-ci dərəcəli diplom və müvafiq pul mükafatı BDU-nun rəhbərliyinə təqdim olunub. Qeyd edək ki, Bakı Dövlət Universiteti artıq ikinci dəfədir ki,“İxtiraçılıq sahəsində III Respublika Müsabiqəsi”nin qalibi elan edilir.

Konfransda Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çıxış edərək hər il keçirilən və artıq ənənə halını almış bu müsabiqənin əhəmiyyətindən danışıb. O, müsabiqə qaliblərini təbrik edərək qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü iqtisadi-siyasi kurs müasir təcrübələrə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına xidmət edir və əqli mülkiyyətə iqtisadi faktor kimi artan maraq da bunun əyani sübutudur.

Mətbuat və informasiya şöbəsi, 05 may 2016-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024