BDU-nun mətbuat katibi - Pərvanə İbrahimova 1-ci olub

07/01/2014
Jurnalistlərin Müsahibə Klubu Facebook qrupunda “2013-cü il üçün hansı universitetin mətbuat katibi (mətbuatla əlaqələri) yaxşı fəaliyyət göstərib?” sualı ilə sorğu keçirilib. Qrupun admini, Femida.az portalının baş redaktoru Pərvin Abbasovun verdiyi məlumata görə, dekabrın 27-də saat 00.21-də başlayan sorğu 3 sutka davam edib və əvvəlcədən elan olunduğu kimi, dekabrın 29-da saat 00.00-da başa çatıb.

Sorğunun nəticələrinə əsasən, Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi (Pərvanə İbrahimova) ümumi səslərin (55 səs) yarıdan çoxunu (31 səs) toplayaraq birinci olub. Azərbaycan Dillər Universitetinin mətbuat katibi (Zeynab Kazımova) 8 səslə ikinci, Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi (Mənsur İbrahimov) və Bakı Ali Neft Məktəbinin mətbuat katibi (Kəmalə Paşayeva) 4 səslə üçüncü yerdə olub.

Qafqaz Universitetinin mətbuat katibinə (mətbuat xidmətinə) 3, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının mətbuat katibinə (mətbuat xidmətinə) 2, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Diplomatik Akademiyasının və Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat katiblərinin (mətbuat xidmətlərinin) hər birinə isə 1 jurnalist səs verib.

Digər universitetlərin mətbuat katibi (mətbuat xidməti) bir səs belə toplaya bilməyib.

Qeyd edək ki, jurnalistlərin Müsahibə Klubu Facebook qrupunun üzvləri jurnalistlərdən ibarətdir. Qrupun 200 üzvü var. Qrupda bundan əvvəl “2013-cü il üçün Nazirlər Kabinetinə (NK) daxil olan hansı qurumun mətbuat katibi yaxşı fəaliyyət göstərib?”,  “2013-cü il üçün Dövlət Komissiyaları və Dövlət Agentliklərindən hansı qurumun mətbuat katibi yaxşı fəaliyyət göstərib?”, “2013-cü il üçün Dövlət şirkətləri və Səhmdar Cəmiyyətlərindən hansı qurumun mətbuat katibi (mətbuatla əlaqələri) yaxşı fəaliyyət göstərib?” sualları ilə sorğular keçirilib.

Mətbuat və informasiya şöbəsi, 7 yanvar 2014-cü il.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş
25/04/2024