BDU-nun Mətbuat və İnformasiya şöbəsinin müdiri Pərvanə İbrahimova «İlin ən fəal şöbə müdiri» fəxri adına layiq görülüb

13/07/2011

Bu gün Bakı Dövlət Universitetində Elmi Şuranın bu tədris ilində son iclası keçirilib. Rektor Abel Məhərrəmov il ərzində tədrisdə, elmdə qazanılmış uğurlardan bəhs edib. Bir çox məsələlərin müzakirə olunduğu iclasda tədris ilinin yekunları üzrə «İlin müəllimi, «İlin kafedra müdiri», «İlin dekanı» müsabiqələrinin qaliblərinə mükafatlar təqdim olunub. Mükafat alanlar sırasında universitetin Mətbuat və İnformasiya şöbəsinin müdiri Pərvanə İbrahimova da olub. O, BDU-nun yerli və xarici kütləvi informasiya vasitələri ilə əlaqələrinin daha da yaxşılaşdırılmasındakı xüsusi xidmətlərinə görə «İlin ən fəal şöbə müdiri» fəxri adı ilə təltif edilib.

Qeyd edək ki, ötən gün Qaynar.info xəbər portalı ölkənin aparıcı media qurumlarında çalışan jurnalistlərin universitetlərin mətbuat xidmətlərinin fəaliyyətinə münasibətini öyrənib. Ölkə jurnalistləri ali təhsil ocaqları arasında Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin fəaliyyətini xüsusi qeyd edib, onun mətbuatla əməkdaşlığını səmərəli sayıblar.

Mətbuat və İnformasiya şöbəsi, 13 iyul 2011-ci il.

Xəbərlər

BDU-nun prorektoru Macarıstanda Türk Dövlətlərinin Akademik Konfransında iştirak edib

BDU-nun prorektoru Macarıstanda Türk Dövlətlərinin Akademik Konfransında iştirak edib
30/06/2025

BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı III gənclər düşərgəsi başa çatıb

BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı III gənclər düşərgəsi başa çatıb
30/06/2025

BDU-nun komandası intellektual oyunun qalibi olub

BDU-nun komandası intellektual oyunun qalibi olub
28/06/2025