BDU-nun Şən və Hazırcavablar klubu finala keçən 6 komanda arasında birinci oldu

03/04/2019

Azərbaycan Şən və Hazırcavablar klubu tərəfindən TV liqasının yarimfinal mərhələsi keçirilib. Yarımfinal mərhələsində iştirak edən komandalardan 6-sı final mərhələsinə vəsiqə qazanıb.

Bakı Dövlət Universitetinin «Bakı Dövlət Yıgması» komandası finala vəsiqə qazanmış «Qızlar Batalyonu», «Xalxın Uşaqları»,«Subaylar», «FiziAka» və «Azii 19:20» komandaları arasında lider olub.

Münsiflər heyətində «Parni iz Baku»nun iştirakçısı Vado Korovin, aktyor, aparıcı və ssenarist Elcan Rəsulov, mügənni Roza Zərgərli, Azərbaycan Şən və Hazırcavablar klubunun rəhbəri Rəşad Əzizov təmsil olunublar.

BDU-nun rektoru Elçin Babayev «Bakı Dövlət Yıgması»nın üzvlərini qəbul edərək,  onları qələbə münasibətilə təbrik edib və növbəti mərhələdə uğurlar arzulayıb.


Mətbuat və informasiya şöbəsi, 03 aprel 2019-cu il.


Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026