BDU-nun Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi seminarı

24/10/2022

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasıyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında növbəti elmi seminar keçirilib.
Seminarda Fizika fakültəsinin Nəzəri fizika kafedrasının doktorantı Möhsün Əlizadə “NICA enerjisində proton-proton toqquşmasında birbaşa fotonların alınması prosesinə kvant xromodinamik düzəlişlər“ mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi birbaşa fotonların alınması, kvark-qlüon Kompton səpilməsi və kvark-antinkvark cütünün annigilyasiysı proseslərinə edilmiş kvant xromodinamik düzəlişlər haqqında məlumat verib. O, baxılan proseslərin diferensial kəsiyinin toqquşan protonların enerjisindən, fotonların eninə impulsundan, səpilmə bucağının kosinusundan, sürətindən asılılı olduğunu, kvant xromodinamk düzəlişlərin Kompton kvark-qlüon səpilməsinin diferensial kəsiyinə əlavənin kvark-antikvark cütünün annigilyasiyasının diferensial kəsiyinə əlavəsindən böyük olduğunu qeyd edib. Annigilyasiya prosesinin ikiqat spin asimmetriya əmsalının araşdırıldığını bildirərək, dəniz və valent kvarkların Kompton kvark-qlüon səpilməsində rolunu izah edib.
Seminarın sonunda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.

Xəbərlər

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb

“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsi başa çatıb
16/06/2026

BDU-da yaz imtahan sessiyası uğurla davam edir

BDU-da yaz imtahan sessiyası uğurla davam edir
16/06/2026

Azərbaycan tarixinin dönüş nöqtəsi - Milli Qurtuluş Günü

Azərbaycan tarixinin dönüş nöqtəsi - Milli Qurtuluş Günü
15/06/2026