BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində “Heydər Əliyev İli”nə həsr edilmiş kitab sərgisi

19/06/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində kitab sərgisi təşkil edilib. Sərgidə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizə həsr olunan nəşrlər, dahi liderin məzunu olduğu BDU ilə bağlı kitablar, eyni zamanda Azərbaycan Milli Kitabxanası tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası ilə buraxılan biblioqrafik göstəricilər nümayiş olunub. Kitab sərgisi professor-müəllim heyətinin və tələbələrin xüsusi marağına səbəb olub.

Sərginin nümayişi zamanı həmçinin İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələrinin ifasında Ulu Öndər Heydər Əliyevə, azad Qarabağımıza, 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizə həsr edilmiş şeir və musiqi nömrələri səsləndirilib.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024