BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri İkinci Şəhidlər xiyabanını ziyarət edib

03/10/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin bir qrup tələbəsi İkinci Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət zamanı torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış soydaşlarımızın əziz və unudulmaz xatirələri yad edilib, məzarları önünə gül dəstələri qoyulub. Azərbaycan Respublikasının suverenliyinin tam bərpa edildiyi günlərdə sonsuz qürur hissi yaşadıqlarını bildirən tələbələr Silahlı Qüvvələrimizin yenilməzliyinə, tarixi Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsində və son antiterror tədbirlərində misilsiz igidliklər göstərən soydaşlarımızın şücaətlərinə heyrətlərini bir daha ifadə ediblər. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün şəhidlərimizin qisasının alındığını vurğulayıblar.

Xəbərlər

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb
12/01/2026

BDU-da “Nanotexnologiyalar və nanotexnoloji aspektlər” mövzusunda təlim keçirilib

BDU-da “Nanotexnologiyalar və nanotexnoloji aspektlər” mövzusunda təlim keçirilib
12/01/2026

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da
08/01/2026