BDU-nun nümayəndə heyəti Tbilisi Dövlət Universitetinin 100 illik yubileyində iştirak edib

09/02/2018

Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin (TDU) 100 illik yubileyi ilə əlaqədar keçirilən təntənəli tədbirlərdə iştirak edib.

Dünyanın 50 ölkəsindən nüfuzlu ali məktəblərin nümayəndələrinin qatıldığı tədbirdə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun TbilisiDövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar təbrikini təqdim edən professor İradə Əliyeva  bildirib ki, bizim universitetlər arasında uzun illərdir elm və təhsil sahəsində sıx əməkdaşlıq əlaqələri var. Əməkdaşlığımız tələbə, professor-müəllim heyətinin mübadiləsi üzrə və “Erasmus+” proqramı çərçivəsində həyata keçirilir. Ümid edirik ki, əməkdaşlığımız gələcəkdə də uğurla davam etdiriləcək.

Qafqazın ilk milli universiteti olan TDU 1918-ci ilin fevralın 8-də fəaliyyətə başlayıb. 1989-cu ildə ali məktəbə onun qurucusu olan tarixçi, akademik İvane Cavaxişvilinin adı verilib. 22 mindən çox tələbənin təhsil aldığı ali məktəbdə 7 fakultə var.

 

Mətbuat və informasiya şöbəsi, 09 fevral 2018-ci il.

Xəbərlər

Abituriyentlər üçün BDU-nun xüsusi “WhatsApp” nömrəsi fəaliyyətə başlayıb

Abituriyentlər üçün BDU-nun xüsusi “WhatsApp” nömrəsi fəaliyyətə başlayıb
14/08/2026

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək
13/08/2026

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır
13/08/2026