BDU-nun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində Bilik bayramı qeyd edilib

15/09/2011

Bu gün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində Bilik bayramının sevincləri yaşanıb. BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbir iştirakçılarını bu münasibəti ilə təbrik edib. Liseyin artıq beşinci ildir ki, fəaliyyət göstərdiyini deyən rektor Abel Məhərrəmov onun qazandığı uğurlardan söz açıb. İndiyədək liseyi bitirmiş məzunların hamısının ən qabaqcıl ali məktəblərə daxil olduqlarını, bununla da Universitetimizin adına böyük şərəf gətirdiklərini söyləyən rektor, bu il 730 nəfərin arasından seçilmiş 60 şagirdin də yaxşı oxuyacağını, universitetimizə şərəf gətirəcəyinə ümid etdiyini bildirib.

Dövlət himni səsləndikdən sonra liseyin direktoru, professor Qasım Hüseynov da şagirdləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib, onlara uğurlar diləyib. Müəllim və valideynlərin köməyi ilə lisey şagirdlərinin hər zaman böyük uğurlar qazanacağına ümid etdiyini bildirib. Tədbirdə liseyin Valideynlər Şurasının sədri, şair Oqtay Zəngilanlı da çıxış edib. O, özünün yazdığı “Müəllim” şerində, müəllim sənətinin müqəddəsliyi, ülviliyindən bəhs edib, şagirdlərə yaxşı oxumağı, vətənə layiqli olmağı tövsiyə edib.

Mətbuat və informasiya şöbəsi, 15 sentyabr 2011-ci il.

Xəbərlər

BDU dünya universitetləri reytinqində TOP-700-lükdə yer alaraq, Cənubi Qafqaz üzrə liderdir

BDU dünya universitetləri reytinqində TOP-700-lükdə yer alaraq, Cənubi Qafqaz üzrə liderdir
19/06/2025

BDU-da Bakı və Abşeronda atmosfer havasının aktiv biomonitorinqinin nəticələri açıqlanıb

BDU-da Bakı və Abşeronda atmosfer havasının aktiv biomonitorinqinin nəticələri açıqlanıb
19/06/2025

BDU-da Çinin Dalian Texnologiya Universitetinin nümayəndə heyəti ilə görüş

BDU-da Çinin Dalian Texnologiya Universitetinin nümayəndə heyəti ilə görüş
18/06/2025