BDU-nun nəzdində Fizika Problemləri ETİ-nin əməkdaşının məqaləsi Q2 kvartil kateqoriyalı jurnalda dərc edilib

16/10/2021

Bakı Dövlət Universitetinin nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika fizika şöbəsinin baş elmi işçisi, professor Niftalı Qocayevin, aparıcı elmi işçiləri - dosent Gülşən  Ağayeva və Ülkər Ağayevanın "Düyü kəpəyi zülalından alınmış kationik Glu-Gln-Arg-Pro-Arg pentapeptidin və onun D-izomerlərlə əvəzolynmuş analoqlarının molekulyar docking simulyasiya vasitəsilə xərçəng və covid-19 əleyhinə xüsusiyyətlərinin giymətləndirilməsi" (Evaluation of anti-cancer and anti-covid-19 properties of cationic pentapeptide Glu-Gln-Arg-Pro-Arg, from rice bran protein and its D-isomer analogs through molecular docking simulations) adlı məqaləsi Q2 kvartil kateqoriyalı jurnallar siyahısında yer alan, “Journal of Molecular Graphics and Modelling” jurnalında (Journal of Molecular Graphics and Modelling,  v.108, 2021) dərc edilib (https://doi.org/10.1016/j.jmgm.2021.107999).

Düyü kəpəyi zülalından əldə edilən Glu-Gln-Arg-Pro-Arg (EQRPR) pentapeptidinin xərçəng əleyhinə təsir mexanizminin müəyyənləşdirilməsi üçün nəzəri və təcrübi metodlardan istifadə edilmişdir. İlk dəfə olaraq EQRPR pentapeptidin konformasiya analizi edilmiş və əldə edilən ən aşağı enerjili konformasiya optimallaşdırmışdır. FTIR və CD spektroskopiyası ilə əldə edilən təcrübi struktur məlumatlarının nəzəri nəticələrlə yaxşı uzlaşdığı müəyyənləşdirilmişdir. D-izomer ilə hər bir amin turşu qalığı bir-bir əvəz olunmuş və peptidin bütün D-izomerləri, ehtimal olunan anti-proteolitik və aktivliyi artırma xüsusiyyətlərinə görə araşdırılmışdır. EQRPR və onun D-izomerləri Mpro, sünbül glikoprotein, ACE2 və dACE2-nin apo- və holo-formalarına güclü bağlanma qabiliyyətləri göstərilmişdir. Proqnozlaşdırılan nəticələr, pentapeptidin SARS-CoV-2 infeksiyasını əhəmiyyətli dərəcədə inhibə edə biləcəyini göstərir. Göstərilmişdir ki, çoxfunksiyalı bioloji xassələrinə görə, peptid dərman preparatlarının hazırlanmasında əsas molekul kimi istifadə edilə bilər.


 

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir
19/04/2024

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib
19/04/2024