BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2024/2025-ci tədris ili üçün V sinfə şagird qəbulu elan edir

15/05/2024

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyi 2024/2025-ci tədris ili üçün V sinfə şagird qəbulu elan edir. Müsabiqədə ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların Azərbaycan və rus bölmələri üzrə təhsil alan IV sinif şagirdləri iştirak edə bilərlər. Qeydiyyat prosesi 2024-ci il mayın 17-dən iyunun 13-dək davam edəcək. Qəbul imtahanında iştirak etmək üçün qeydiyyat elektron portal (http://qebul-lisey.bsu.edu.az/) vasitəsilə həyata keçirilir. Qəbul imtahanı 2024-cü il 18 iyun tarixində keçiriləcək. Qəbul planı Azərbaycan bölməsi üzrə 100, rus bölməsi üzrə isə 50 yer olmaqla nəzərdə tutulub.

Liseyə qəbul imtahanı yalnız bir mərhələdən ibarətdir və imtahanın müddəti 2 (iki) saat təşkil edir. İmtahan aşağıdakı fənlər üzrə test üsulu ilə aparılır:
- Tədris dili (Azərbaycan dili və ya rus dili) – 25 sual;
- Riyaziyyat – 25 sual;
- Məntiq – 10 sual.

Qəbul imtahanı və imtahanın keçiriləcəyi yer haqqında əlavə məlumat veriləcək.

Əlaqə üçün:
Telefon: (012) 510-74-54; (012) 510-74-94
Elektron-poçt: bdu-lisey-qebul@bsu.edu.az

Xəbərlər

“Azərsun Holdinq” BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb

“Azərsun Holdinq” BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
09/07/2025

BDU ilə Çinin Hebei Normal Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Çinin Hebei Normal Universiteti arasında anlaşma memorandumu imzalanıb
08/07/2025

BDU-nun SABAH qruplarının 4 məzunu üçüncü “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır

BDU-nun SABAH qruplarının 4 məzunu üçüncü “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır
08/07/2025