BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2025/2026-cı tədris ili üçün V sinfə şagird qəbulu elan edir

02/06/2025

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyi 2025/2026-cı tədris ili üçün V sinfə şagird qəbulu elan edir. Müsabiqədə ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların Azərbaycan və rus bölmələri üzrə təhsil alan IV sinif şagirdləri iştirak edə bilərlər. Qeydiyyat prosesi 2025-ci il 05 iyun tarixindən 20 iyun tarixinədək davam edəcək. Qəbul imtahanında iştirak etmək üçün qeydiyyat elektron portal (http://qebul-lisey.bsu.edu.az/) vasitəsilə həyata keçirilir. Qəbul imtahanı 2025-ci il 02 iyul tarixində keçiriləcək. Qəbul planı Azərbaycan bölməsi üzrə 100, rus bölməsi üzrə isə 50 yer olmaqla nəzərdə tutulub.

Liseyə qəbul imtahanı yalnız bir mərhələdən ibarətdir və imtahanın müddəti 2 (iki) saat təşkil edir. İmtahan aşağıdakı fənlər üzrə test üsulu ilə aparılır:

-           Tədris dili (Azərbaycan dili və ya rus dili) – 25 sual;

-           Riyaziyyat – 25 sual;

-           Məntiq – 10 sual.

Qəbul imtahanının keçiriləcəyi yer haqqında əlavə məlumat veriləcək.

Əlaqə üçün:

Telefon: (012) 510-74-54; (070) 313-37-20

Elektron-poçt: bdu-lisey-qebul@bsu.edu.az / genc-istedadlar@bsu.edu.az

Xəbərlər

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir
17/02/2026

BDU aliminin "Print media istehsalı və texnologiyası" adlı dərs vəsaiti çap olunub

BDU aliminin "Print media istehsalı və texnologiyası" adlı dərs vəsaiti çap olunub
17/02/2026

BDU-da elmi seminar: “Radioaktiv maddələr və radioaktiv çirklənmə problemləri”

BDU-da elmi seminar: “Radioaktiv maddələr və radioaktiv çirklənmə problemləri”
17/02/2026