BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı konfrans keçirilib

27/04/2023

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı şagird elmi-praktik konfransı keçirilib.

Konfrans Dövlət himninin ifa olunması və Ümummilli Lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Liseyin direktoru Arif Bağırov Ulu Öndərin zəngin və çoxşaxəli fəliyyəti, dövlətçiliyimiz uğrunda apardığı mübarizə haqqında məlumat verib. O bildirib ki, Ulu Öndərin gənclər qarşısında qoyduğu ən əsas tələbi məhz təhsil ilə bağlı idi. Təhsil prosesinin yüksək olması, gənclərin bilikli, azərbaycançılıq ideologiyası əsasında yetişməsi, müəllim-pedoqoji heyətin hazırlığının müasir tələblərə cavab verməsi, məktəblərin maddi-texniki təminatı Ulu Öndərin daim diqqət mərkəzində olub.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Liseyin musiqi müəllimi Kəmalə Əliyeva, tarix metodbirləşməsinin sədri Kifayət  Şamilova çıxışlarında dahi şəxsiyyətin təhsilə, milli-mənəvi dəyərlərə yüksək qiymət  verdiyini vurğulayıblar.

Yuxarı sinif şagirdləri Aydan Qəribli, İbrahim İbrahimzadə, Fərhad Kərimbəyli, Selcan Kərimli, Azər İsmayılzadə Ümummilli Liderin həyatı və fəaliyyəti ilə bağlı təqdimatlarla çıxış ediblər.

Xəbərlər

BDU-nun prorektoru Macarıstanda Türk Dövlətlərinin Akademik Konfransında iştirak edib

BDU-nun prorektoru Macarıstanda Türk Dövlətlərinin Akademik Konfransında iştirak edib
30/06/2025

BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı III gənclər düşərgəsi başa çatıb

BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı III gənclər düşərgəsi başa çatıb
30/06/2025

BDU-nun komandası intellektual oyunun qalibi olub

BDU-nun komandası intellektual oyunun qalibi olub
28/06/2025