BDU-nun nəzdində “Gənc istedadlar” liseyində "Heydər Əliyev və milli-mənəvi dəyərlər" mövzusunda konfrans

11/05/2022

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində Heydər Əliyev muzeyinin  və BDU könüllülərinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar "Heydər Əliyev və milli-mənəvi dəyərlər" adlı konfrans keçirilib.

Liseyin direktoru Arif Bağırov çıxış edərək Ümummilli liderin dövlətçiliyimizin və müstəqilliyimizin qorunmasında misilsiz xidmətlərindən bəhs edərək dahi Öndərin bütün sahələrdə həyata keçirdiyi uğurlu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdiyini vurğulayıb. Bildirib ki, “Təhsil millətin gələcəyidir” deyən Ulu öndər təhsil və elm sahəsinin daim hamisi olub, Azərbaycan gənclərinin bilikli, dünyagörüşlü və vətənpərvər olmasına çalışıb.

Heydər Əliyev muzeyinin mütəxəssisi Afət Seyidzadə "Heydər Əliyev və milli-mənəvi dəyərlər" mövzusunda məruzə edib. Məruzədə Ümummilli liderin milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin inkişafına yönəlmiş fəaliyyəti barədə konfrans iştirakçılarına geniş məlumat verilib. Həm sovet dönəmində, həm də müstəqil Azərbaycanın rəhbəri olarkən onun təhsil və mədəniyyətimizin prioritet sahə kimi inkişafı, ana dilimizin mühafizəsi istiqamətindəki fəaliyyətindən geniş söhbət açılıb. Məruzədə Ulu Öndərin dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olmaq missiyasını böyük uğurla həyata keçirməsi xüsusi qeyd olunub.

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025