BDU-nun nəzdində “Gənc istedadlar” liseyində "Nə? Harada? Nə zaman?" intellektual yarışı
10/10/2022
Bakı Dövlət Universitetinin (BDU) Könüllüləri və BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin birgə təşkilatçılığı ilə liseyin 5-ci sinif şagirdləri arasında "Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirilib. Vətən müharibəsinin ikinci ildönümünə həsr olunmuş yarış hər birində 15 sual olmaqla 2 turda təşkil olunub.
Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, Vətən müharibəsi haqqında biliklərinin artırılması, müharibə qəhrəmanlarının daha yaxından tanıdılmasıdır.
Yarışda 6 komanda iştirak edib. Yarışın qalibi “Qarabağ" komandası olub. Qalib komanda üzvləri sertifikatlarla təltif olunublar.
![]() |
![]() |
Xəbərlər
BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib


