BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

12/12/2024

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində Ümummilli lider Heydər Əliyevin anım günü tədbiri keçirilib.

Tədbirdə çıxış edən liseyin direktoru Fuad Babayev Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyasından, tarixi xidmətlərindən danışıb. Fuad Babayev Ulu Öndərin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlətçilik ənənələrinin qorunmasında və inkişafında oynadığı mühüm rola diqqət çəkib. Ulu Öndərin həm sovet dövründə, həm də müstəqil Azərbaycanın quruculuğu prosesindəki tarixi xidmətlərini xüsusi vurğulayıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimləri Afət Abuşova, Yeganə Qəhrəmanlı, Yaqut Hüseynova, Könül Şahbazova, Şamama Quliyeva, tarix fənni üzrə metodik birləşməsinin sədri Rəna Həsənova çıxışlarında Ulu Öndərin Azərbaycana rəhbərliyinin bütün dövrlərində yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkəmizin nüfuzunun artması, hərtərəfli inkişafa nail olunması, müstəqilliyimizin əbədi və dönməzliyinin tam təmin edilməsi barədə şagirdlərə ətraflı məlumat veriblər.

Tədbir bədii hissə davam edib, liseyin musiqi müəllimi Kəmalə Əliyeva musiqili videoçarx nümayiş etdirib.

 

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026