BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Xocalının haqq səsi“ adlı tədbir

23/02/2024

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində “Xocalının haqq səsi“ adlı tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Liseyin direktoru Arif Bağırov ermənilərin tarix boyu azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırım siyasəti barədə şagirdlərə məlumat verib, Xocalı faciəsinin bu siyasətin ən dəhşətli səhifəsi olduğunu vurğulayıb.

Liseyin tarix müəllimi Aygün Əsədova Xocalı soyqırımının səbəbləri barədə şagirdləri məlumatlandırıb. Bildirib ki, Xocalı soyqırımını törətməklə ermənilər xalqımızı qorxutmaq, onun mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət göstərdi. 30 ildən sonra torpaqlarımızın işğaldan azad edilməsi xalqımızın mübarizə əzminin qırılmadığını bir daha nümayiş etdirdi.

Liseyin əməkdaşı, şəhid qızı Salatın Əhmədova illər sonra ilk dəfə Xocalıda atasının qəbrini ziyarət etməyindən danışıb, orada çəkdiyi videogörüntüləri, şəkilləri tədbir iştirakçılarına təqdim edib.

Liseyin müəllimləri Gülşən Əliyeva, Şamama Quliyeva, Yeganə Qəhrəmanlı, Kəmalə Əliyevanın təqdimatında şagirdlər Xocalı soyqırımına həsr olunmuş ədəbi kompozisiya nümayiş etdiriblər.

 

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026