BDU-nun nəzdində “Gənc istedadlar” liseyində "Yeniyetməlikdə baş verən şəxsiyyət böhranı" adlı təlim

30/10/2024

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində "Yeniyetməlikdə baş vərən şəxsiyyət böhranı" adlı təlim keçirilib.

BDU-nun Psixoloji yardım sektorunun psixoloqu Vasif Bəşirov və liseyin psixoloqu Əsmər Mehdiyeva şagirdləri Erik Eriksonun psixososial inkisaf mərhələləri, onların yetişkənlik dövründə insan həyatına təsiri haqqında məlumatlandırıblar. Qeyd edilib ki, yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə keçid mərhələsidir, bu dövr adətən 12-18 yaş arasında olur. Bu zaman fiziki, emosional və sosial inkişaf prosesi baş verir. Yeniyetməlik dövründə stres, depressiya, asılılıqlar və digər çətinliklər də yarana bilər. Bu vaxt valideynlərin və müəllimlərin dəstəyi, doğru yönləndirməsi çox önəmlidir.

Sonra psixoloqlar şagirdlərlə qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması yolları barədə müzakirələr aparıblar.

Xəbərlər

BDU əməkdaşları üçün idarəetmədə müasir yanaşmalara dair təlim keçirilib

BDU əməkdaşları üçün idarəetmədə müasir yanaşmalara dair təlim keçirilib
21/10/2026

BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib

BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib
21/10/2026

BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri tennis üzrə Respublika birinciliyinin qalibidirlər

BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri tennis üzrə Respublika birinciliyinin qalibidirlər
21/10/2026