BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 6 şagirdi qızıl və gümüş medala layiq görülüb

24/07/2024

Elm və təhsil naziri Emin Əmrullayev “Ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltif olunması haqqında” əmr imzalayıb.

Əmrə əsasən, 183 şagird qızıl, 39 şagird isə gümüş nişanla təltif olunub.

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 6 şagirdi qızıl və gümüş medala layiq görülüb. Liseyin şagirdləri Camal Axundov, Cəfər Cəfərov, Aytac Əliyeva, Ömər İbrahimov, Rüxsarə Zamanlı qızıl, Fərəh Əzizi-Meşkin isə gümüş nişanla təltif olunublar.

Qızıl və gümüş nişanla təltif olunan təhsilalanların adları məktəbin “Şərəf kitabı”na yazılacaq.

Məzunlarımızı təbrik edirik!

Xəbərlər

BDU tələbələri IDEA Heyvanlara Qayğı Mərkəzində

BDU tələbələri IDEA Heyvanlara Qayğı Mərkəzində
13/05/2026

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçiriləcək

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçiriləcək
13/05/2026

BDU tələbələrinin “ANEWZ” beynəlxalq televiziya kanalına infoturu

BDU tələbələrinin “ANEWZ” beynəlxalq televiziya kanalına infoturu
13/05/2026